Dünya
Xameneinin uğursuzluğu: Türkiyənin bölgədə qazandığı qələbə
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş eksperti Reuel Marc Gerecht “Xameneinin möhtəşəm uğursuzluğu” başlıqlı məqaləsində Tehranın Suriyadakı gücünü itirməsinə və Türkiyənin bölgədə qazandığı qələbəyə diqqət çəkib.
Publika.az xəbər verir ki, məqalədə oktyabrın 7-dən etibarən İranın Ali Rəhbəri Xameneinin izlədiyi siyasətin sona çatmasının bölgədəki qüvvələrinin itkisinə səbəb olduğu vurğulanıb.
Xüsusilə Əsəd rejiminin süqutu ilə İran üçün hər şeyin məhv edildiyi diqqətə çatdırılıb. Xameneinin Suriyada raket və digər ləvazimatlarla təchiz olunmuş böyük bazalar qurmaq istədiyi, lakin İsrailin davamlı hava hücumları ilə bu planları pozduğu diqqətə çatdırılaraq, İsrailin başlatdığı hərəkəti türklərin həyata keçirtdiyi ifadə edilib.

Həmçinin, məqalədə prezident Ərdoğanın bölgədə çox əhəmiyyətli bir oyunçu olduğu vurğulanıb.
İran mətbuatının xüsusilə Suriyadakı son hadisələri təhlil edərək Əsəd rejiminin bütün bacarıqsızlığını Türkiyəyə bağladığı görülüb. Məsələn, İranın aparıcı siyasi qəzetlərindən olan “Fərhikhtegan” bu yaxınlarda öz manşetində “Sultan və Çoban” başlığı ilə prezident Ərdoğan və Türkiyəni hədəfə alıb. Nəşr etdiyi təhlildə "Ərdoğanın Suriyadakı iddialı layihəsini iqtisadiyyat və təhlükəsizlik baxımından davam etdirməsi mümkündürmü?" sualına cavab axtaran qəzet Türkiyə vasitəsilə oxucularına bir sıra yalan və böhtanlar təqdim edib.
Aysel Şahmar
-
Nida Xəbər 15:45Adnan Əhmədzadənin sərvəti açıqlandı
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
-
Sosial11:36Əhaliyə pis xəbər: Bu ildən...
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı
-
Ekologiya07:17Bu gün sulu qar yağacaq - PROQNOZ














.jpg)










.jpg)







