İdman
Quba və Şamaxıda dünya çempionatına hazırlıq
15-20 iyul 2014-cü il tarixdə Slovakiyanın Snina şəhərində güləş üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Publika.az xəbər verir ki, hər üç növ üzrə yığma komandalarımız çempionat öncəsi son təlim-məşq toplanışına cəlb olunub və hazırlıqlarını davam etdirirlər.
Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək.
Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri bu gündən etibarən Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə iyulun 3-dən başlayacaq. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi yer alıb. Quba Olimpiya İdman Kompleksində keçiriləcək təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi