İdman
Məmmədyarov “Grand Chess Tour 2019” seriyasının dördüncü mərhələsində iştirak edəcək
Avqustun 10-da Sent-Luisdə “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.
Publika.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparacaqlar. Turnir avqustun 15-dək davam edəcək.
Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, Parisdə keçirilmiş "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav (Fransa) olub.
Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.
-
Ekologiya13:30
Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi
-
İdman13:24
ÇL-in qalibi olan məşhur futbolçu görün Amazon cəngəlliklərində nə işlə məşğuldur - FOTOLAR
-
İdman13:05
Məşhur türk AFFA rəhbərliyini biabır etdi: Nə istədikləri bəlli deyil
-
Dünya12:52
Əsədin Türkiyə planı illər sonra üzə çıxdı: bu qüvvələrə silah verərək... - DETALLAR
-
Hadisə12:18
"Vaqner"çilərin valideynləri Bakıda toplaşdılar - VİDEO
-
Region12:00
Ermənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı
-
Dünya11:00
Tramp Putini təhdid etmişdi: Moskvadan ilk açıqlama gəldi
-
MDB10:30
2025-ci ildə dünyanı nə gözləyir? - Rusiya kəşfiyyatı rəsmən açıqladı