İdman
Məşhur türk AFFA rəhbərliyini biabır etdi: Nə istədikləri bəlli deyil
Bir neçə gündür Türkiyə və Azərbaycan mətbuatında türkiyəli mütəxəssis Fatih Təkkənin AFFA-da təsis olunacaq Futbol direktoru vəzifəsini tutacağı ilə bağlı xəbərlər dolaşır.
Publika.az “Futbol+" qəzetinə istinadən xəbər verir ki, bu iddia ilə bağlı açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli hansısa təyinatdan söhbət getmədiyini deyib.
Təkkə isə tamam fərqli açıqlama verib:
“Bəli, bir neçə gün əvvəl AFFA rəhbərliyinin dəvəti ilə Bakıda olduq. Həmin şəxslərlə müəyyən görüşlər keçirildi. Hər şey yaxşı keçdi. Bakıya ilk səfərim idi. Qardaş ölkədə olmaq mənim üçün önəmli hadisədi. Azərbaycan futbolu ilə bağlı informasiya topladıq, üstün tərəflərini və çatışmazlıqlarını öyrəndik.
Düzü, bizdən konkret nə istədiklərini anlaya bilmədik. Hər halda, ziyarətimiz çox yaxşı keçdi. Bakıya səfərimin səbəbi Azərbaycan futboluna necə fayda verə biləcəyimlə bağlı idi. Düzü, bu yöndə gözləntilərimiz qarşılanmadı.
Əvvəlcədən deyilənlərlə sonradan edilən söhbətlər arasında bağlılıq yox idi. Sadəcə, maraqlı söhbət etmiş olduq. Sonda ortaya nəsə çıxmadı. Bir neçə gündən sonra mənimlə əlaqə saxlayacaqlarını demişdilər. Hələ ki xəbər yoxdu. Üç-dörd gündü Türkiyədəyəm. Qardaş ölkədə futbolun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq”.
Heybət
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB6 Noyabr 10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq












.jpg)





















.jpg)
