• USD 1,7000 0,00% EUR 1,8739 -0,32%
    • GBP 2,1224 -0,59% RUB 0,0266 +0,38%

Bakı "Neftçi"si barədə maraqlı faktlar

Bakı "Neftçi"si barədə maraqlı faktlar

Futbol - Azərbaycanda idman fəaliyyətinin əsas istiqamətlərindən biridir. Milyonların oyunu artıq bir neçə onillik olkədə ən çox sevilən idman növlərindən biri hesab olunur. Ölkənin özü futbol dünyasına bir çox parlaq adlar verib, onların arasında bir çox millətin nümayəndələri -Tofiq Bəhramov, Nazim Süleymanov, Anatoli Banişevski, Kazbek Tuayev və başqaları var. Azərbaycan futbolunun müasir tarixi də parlaq, idman məqamları olmadan keçmir. Belə uğurlardan biri də “Neftçi” nin 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə tarixi çıxmasıdır.

Bununla əlaqədar, Bakı klubunun tarixindəki ən parlaq tarixi məqamlarını xatırlamaq qərarına gəldik:

1. Sovet dövründə komanda Böyük liqada oynayırdı. Müstəqillik dövründə "Neftçi" səkkiz çempion titulunu qazanaraq Azərbaycanın ən görkəmli klubu olaraq qalmaqda davam edir;

2. "Neftçi" 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı oldu. Qeyd etmək lazımdır ki, bu, öz tarixində oxşar yüksəkliklərə imza atan yeganə Azərbaycan komandasıdır;

3. "Neftçi" klubunun (o vaxt komanda "Neftçi" adlanırdı) daxili yarışlarda vurduğu ilk qolu Pavel Ştirlinin hesabındadır. Bu, 87-ci dəqiqədə, 24 may 1937-ci il tarixində 1/64 SSRİ Kuboku çərçivəsində Yerevanlı "Dinamo" nun qapısına vuruldu.

4. "Neftçi" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə qədər çatan və 2012-ci ildə iki oyunun cəmində İsrailin "Hapoel Ironi" yə məğlub olduğu ilk Azərbaycan komandası

5. 1988-ci ildə Olimpiya çempionu və Bakının "Neftçi" klubunun sabiq futbolçusu İqor Ponomarev Sovet İttifaqının ən yaxşı penalti vuran oyunçusu hesab olunur. Ölkə çempionatının matçlarında ardıcıl olaraq 24 penalti qolu vurub.

"Neftçi" nin harada və hansı turnirdə oynadığına baxmayaraq, siz burdakı linkdən sevdiyiniz komandaya asanlıqla azarkeşlik edərək hər bir matçı izləyə bilərsiniz. Yüksək keyfiyyətli yayım və idman yarışlarının ən geniş seçimi fanatı darıxmaya qoymayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR