İdman
Yığmamız Fransaya böyük hesabla uduzdu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub.
Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bu, II qrupda yer alan Azərbaycan millisinin 4-cü oyunda 3-cü məğlubiyyəti olub. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransa isə qrupda ilk görüşünü keçirib.
AVRO-2021
Seçmə mərhələ, II qrup
10 oktyabr
23:00. Fransa – Azərbaycan - 5:0
Qollar: Odson Eduard, 2; 36. Dan-Aksel Zaqadu, 40. Hussam Auar, 52. Arno Norden, 76
Baş hakim: Antoniu Nobre
Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş
Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)
Kale, “Stade de l'Epopee” stadionu
Xal durumu: Gürcüstan – 6 xal (4 oyuna), İsveçrə – 3 (1), Fransa - 3 (1), Slovakiya – 3 (2), Azərbaycan – 3 (4), Lixtenşteyn – 3 (4).
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin14 Oktyabr 19:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial4 Oktyabr 19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial4 Oktyabr 18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır