İdman
Hakimlikdən ömürlük uzaqlaşdırıldı - Bu əməlinə görə
Xorvatiya Futbol İttifaqının Nizam-İntizam komitəsi 2 şəxsi cəzalandırıb.
Publika.az xəbər verir ki, hakimlər komitəsinin keçmiş rəhbəri, hazırda inspektor və VAR təlimatçısı olan Bruno Mariçi 2 min avro cərimələyib və onu 5 ay müddətinə işdən kənarlaşdırıb. Federasiyanın saytında yer alan açıqlamada bildirilir ki, o, sosial şəbəkələrdən birində nalayiq məlumatlar yerləşdirdiyinə və davranış kodeksini pozduğuna görə cəzalandırılıb. Mariç “Nas Hajduk” birliyi ilə ictimai münaqişəyə girib.
Hakim Toni Dadiçə tətbiq edilən sanksiyalar isə daha ciddidir. O, bütün hakimlər siyahılarından çıxarılıb – ona futbol hakimi kimi işləmək qadağan edilib. 27 yaşlı Dadiç ən istedadlılardan biri hesab edilsə də, Hajduk azarkeşləri ilə yazışmalarda və keçmiş həmkarları Bruno Mariç və İvan Bebek haqqında mənfi ifadələrdə yaxalanıb.
O, Hajduk azarkeşləri ilə ünsiyyətdə olarkən nədənsə “Dinamo” (Zaqreb) azarkeşlərinin bannerləri harada saxladığı haqda məlumat paylaşıb. Mesajlarda həmçinin paytaxt təmsilçisinin azarkeş qrupunun üzvlərinin ünvanlarının axtarılmasından və “Split” komandasının azarkeşləri ilə səfər oyununa çıxmaq istəyindən danışılııb.
Hakimlər Komitəsinin hazırkı rəhbəri Bertrand Layek bu yaxınlarda televiziyaya verdiyi müsahibədə belə bir məlumat ortaya çıxandan dərhal sonra Dadiçlə əlaqə saxladığını və o, həqiqətən də “WhatsApp”da bu yazışmalarda iştirak etdiyini təsdiqlədiyini söyləyib.
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur




































