Karateçilərimiz Avstriyada 2 medal qazandı - FOTO
Bizi izləyin

İdman

Karateçilərimiz Avstriyada 2 medal qazandı - FOTO

Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer Liqa turnirində iki medal qazanıblar.

Publika.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm