"Mançester Yunayted"in hücumçusu ərəb klubuna keçdi - FOTO
Bizi izləyin

İdman

"Mançester Yunayted"in hücumçusu ərəb klubuna keçdi - FOTO

Çinin "Şanxay Şenhua" klubuna məxsus olan, son 1 ili icarə əsasında "Mançester Yunayted"də çıxış edən Odion İqalo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Publika.az xəbər verir ki, nigeriyalı hücumçu “Əl Şabab”a keçib.

Ərəblər bu keçid üçün Çin klubuna təzminat ödəməyib. Ər-Riyad təmsilçisi 31 yaşlı forvardla 2,5 illik müqavilə imzalayıb.

İqalo 2020-ci ilin yanvarında “Mançester Yunayted”ə keçmişdi. O, "qırmızı şeytanlar"da keçirdiyi 23 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm