İdman
Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşdi
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında qrossmeysterlər Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov yarımfinala yüksəliblər.
Publika.az xəbər verir ki, 11-ci turun oyunlarının nəticələrinə əsasən, yarımfinal yolunda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Eltac Səfərli (2598) ilə üz-üzə gəlib və məğlub olub. Qrossmeyster Vasif Durarbəyli (2606) isə qrossmeyster Urfan Sevdimalıyev (2369) üzərində qələbə qazanıb. Qrossmeyster Fərid Abbasov (2528) beynəlxalq usta Abdulla Qədimbəyli (2470), beynəlxalq usta Məhəmməd Muradlı (2449) isə beynəlxalq usta Kənan Qarayev (2331) üzərində qələbə qazanmaqla, aktivlərinə daha bir xal yazdırıblar. Qrossmeyster Nicat Abasov (2665) qrossmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Aydın Süleymanlı (2520) isə qrossmeyster Misrətdin İsgəndərovla (2535) xalları yarı bölüblər.
Yarımfinala yüksəlın şahmatçılar məhz bu görüşlərdən sonra müəyyənləşib.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar