"Formula 1"də lider dəyişdi
Bizi izləyin

İdman

"Formula 1"də lider dəyişdi

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə Monako Qran-prisinin qalibi olub.

Publika.az TASS-a istinadla xəbər verir ki, o, ümumi hesabda 105 xal toplayaraq, turnir cədvəlində “Mercedes” pilotu Luis Hemiltonu qabaqlayıb. Britaniyalı idmançı Monakoda finişə yeddinci çatıb.

Podiumda ikinci pilləni “Ferrari” komandasından Karlos Sayns, üçüncü yeri isə “Maklaren”li Lando Norris tutub.

Qeyd edək ki, Ferstappen karyerası ərzində ilk dəfə Monako trasında qalib gəlib.

Ötənilki yarış pandemiya səbəbindən ləğv olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm