17 yaşlı kayakçımız Slovakiyada qızıl medal qazandı
Bizi izləyin

İdman

17 yaşlı kayakçımız Slovakiyada qızıl medal qazandı

Azərbaycan kayakçısı Tofiq Bayramov Slovakiyanın paytaxtı Bratislavada keçirilən beynəlxalq reqatanın qalibi olub.

Publika.az xəbər verir ki, sayca 35-ci dəfə təşkil olunmuş yarışda 17 yaşlı idmançı yeniyetmələrin 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qızıl medal qazanıb.

O, seçmə mərhələdə finişə 41,302 saniyəyə, yarımfinalda 41,430 saniyəyə, finalda isə 41,190 saniyəyə çatıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, oğlanlardan Maarif Qarayev - Ceyhun Vəlixanov dueti 2 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə final yürüşündə 2 dəqiqə 0,070 saniyəyə 4-cü, Nicat Rəhimov 1 nəfərlik kanoe qayığı ilə eyni məsafəyə həlledici yürüşdə 55,750 saniyəyə 8-ci yeri tutub.

Yeganə xanım kanoeçi Gülnarə Həmzəyeva isə 1 nəfərlik qayıqla seçmə mərhələdə yürüşündə finişə 1 dəqiqə 12,080 saniyəyə çataraq, sonuncu - 7-ci yeri tutub və mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, beynəlxalq reqatada 10 ölkə yığması və Slovakiyanın 14 klubu iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm