Gimnastımız dünya kubokunda bürünc medal qazandı
Bizi izləyin

İdman

Gimnastımız dünya kubokunda bürünc medal qazandı

Aerobika gimnastlarımızın Vətəndə dünya çempionu olduqdan sonra daha bir medal xəbəri Bolqarıstanın Varna şəhərindən gəldi.

Azərbaycan Gimnastika Federasiyasından Publika.az-a verilən məlumata görə, idmançımız Varnada keçirilən idman gimnastikası üzrə dünya kubokunda fərqlənib. Yarışda ölkəmizi idman gimnastikası üzrə yığma komandanın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Yarışda 3 final mərhələsinə adlamış İ.Tixonov kubok yarışlarının sonuncu günündə dayaqlı tullanma aləti üzrə icra etdiyi çıxışına görə bürünc medal qazanıb. Paralel qollar üzrə finalda isə gimnastımız medalın bir addımlığında dayanıb. Halqalarla nümayiş etdirdiyi proqrama görə 5-ci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm