AÇ: Şahmatçılarımızdan ikisi 7-ci turu qələbə ilə başa vurdu
Bizi izləyin

İdman

AÇ: Şahmatçılarımızdan ikisi 7-ci turu qələbə ilə başa vurdu

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, təmsilçilərimizdən Gülnar Məmmədova belaruslu Olqa Badelkaya, Gövhər Beydullayeva isə rusiyalı Semyonovaya qalib gələrək aktivlərinə 1 xal yazdırıblar.

Ülviyyə Fətəliyevanın polşalı Klaudia Kulon, Zeynəb Məmmədyarovanın belaruslu Yana İlyuçuk, Türkan Məmmədyarovanın isə ukraynalı İrina Petrova ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Günay Məmmədzadə rusiyalı Aleksandra Maltsevskaya, Xanım Balacayeva Anastasiya Bondaroka (Rusiya), Nəsrin Babayeva rumıniyalı Mihaela Sanduya, Xəyalə Abdulla estoniyalı Triin Narvaya, Ayan Allahverdiyeva Rumıniyanın digər təmsilçisi Obada Emaya məğlub olublar.

Yeddi turdan sonra G.Məmmədzadə, G.Məmmədova 5, G.Beydullayeva 4,5, Ü.Fətəliyeva, X.Balacayeva 4, Zeynəb Məmmədyarova 3,5, T.Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm