İdman
Millimiz yenə məğlub oldu
Avqustun 21-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.
Komandamız qrupda ikinci oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib. Oyun millimizin 0:3 (14:25, 23:25, 17:25) hesablı məğlubiyyəti ilə başa çatıb.
Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edibər.
Yığmamız ilk oyununda da Belçika millisinə 0:3 hesabı ilə məğlub olub.
Millimiz avqustun 22-də Rusiya, iki gün sonra Serbiya, ayın 25-də isə Fransa ilə qarşılaşacaq.
Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhləsinə vəsiqə qazanacaq.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ