İdman
Azərbycanda atıcılıq üzrə beynəlxalq turnir
Bu gün Qəbələdə stend atıcılığı üzrə ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq Qran-Pri
turnirinə start veriləcək.
Publika.az-ın məlumatına görə, Beynəlxalq İdman Atıcılıq
Federasiyasının təqvim planında Avropa və dünya çempionatından
sonra ən mühüm yarışlar sırasında olan turnirə Azərbaycan ilk dəfə
ev sahibliyi edəcək.
“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi,
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının
dəstəyi ilə baş tutacaq yarış avqustun 21-nə kimi davam edəcək.
Qran-pridə yığmamızla yanaşı, Avstraliya, Azərbaycan, Böyük
Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran,
İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan kimi
ölkələrin snayperləri öz dəqiqliklərini yoxlayacaqlar.
Azərbaycanı yarışda Olimpiya çempionu Zemfira Meftahətdinova,
“Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan
çempionu Elvin İsmayılov, Atıcılıq Federasiyasının İcraiyyə
Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri,
dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun
finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun
nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və
Paşa Əhədpur təmsil edəcəklər .
“Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov bildirib
ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışa
təşkilatçılıq etmək böyük fərəh hissidir: “Bütün il ərzində bu
yarışa səmərəli hazırlıqlar görmüşük. Ümidvarıq ki, sərf etdiyimiz
əmək öz bəhrəsini verəcək və biz bu yarışda ölkəmizi layiqincə
təmsil edəcəyik”.
Qeyd edək ki, ümumi mükafat fondu 81 min ABŞ dolları olan
Qran-pridə 150-yə yaxın idmançı dairəvi və səngər stend növləri
üzrə mübarizə aparacaqlar.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim