İdman
Üsyan davam edir
Avroliqanın pley-off mərhələsində “Neftçi"nin rəqibi "Partizan" klubunda maliyyə böhranı barədə məlumat vermişdik. Futbolçuların bir müddətdir pul ala bilməməsi səbəbindən etirazlar başlayıb.
Bu səbəbdən “Partizan”ın aparıcı üzvləri rəhbərliklə görüşüblər. Görüşdən sonra klubun baş katibi Todd Qallea jurnalistlərə açıqlamasında futbolçuların məşqlərə davam etdirəcəklərini və onların maaşlarının ödəniləcəyini demişdi. Klub rəsmisi aprelin ikinci yarısından qalan borclarını da tezliklə ödəyəcəklərinə vəd vermişdi. (http://publika.az/p/36552 )
Amma görünür, baş katib vədinə əməl etməyib.
Publika.az xəbər verir ki, "Partizan" klubunda böhran davam edir, futbolçular artıq üçüncü dəfə məşqə çıxmaqdan imtina ediblər.
Rəhbərliklə görüşdən sonra futbolçular tezliklə maaşlarının ödənilməsi ilə bağlı zəmanət gözləsələr də, rəhbərlik onlardan bir qədər də vaxt istəyib.
Klub rəhbərliyi iki-üç gün ərzində borcların ödənilməsinin mümkün olmadığını deyib. Lakin transferlərdən qazanacaqları və Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəkləri təqdirdə götürəcəkləri gəlirdən futbolçuların maaşlarını verə biləcəklərini bildirib. Futbolçular isə maaşlarını alanadək boykotu davam edəcəklərini bildiriblər.
Xatırladaq ki, avqustun 21-də Avropa Liqasının pley-off
mərhələsinin ilk oyunu çərçivəsində "Partizan" klubu "Neftçi"ni
qəbul edəcək. Bu komandalar arasında cavab qarşılaşması isə
avqustun 28-də Bakıda baş tutacaq.
Aygün İlqarqızı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ