İdman
"Qəbələ" "Səbail"i darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Publika.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Səbai"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.
İki dəqiqə sonra "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. "Səbail" isə hələlik 6 xalla üçüncüdür.
Qeyd edək ki, günün digər oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Sentyabrın 19-da "Neftçi" "Keşlə" ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO