İdman
Məşqçisi Qazaxıstandakı idmançımızı tərifləyib
Ağır atletika üzrə milli komandanın şərəfini qorumaqdan imtina edən Nicat Rəhimov (69 kq) haqda xəbər var.
Publika.az-ın əldə etdiyi məlumata görə, yeniyetmələrin ilk olimpiadasının qalibi Qazaxıstanda məşqlərə başlayıb. Maraqlıdır ki, Nicatın hazırki məşqçisi tanınmış bir şəxsdir.
O, Enver Türkilerin rəhbərliyi altında təlim-məşqlərini davam etdirir.
Bildirək ki, Enver Türkiler Halil Mutlu və Naim Süleymanoğlunu kimi əfsanəvi idmançıların məşqçiliyini edib.
Məlumata görə, Enver Türkiler həmyerlimizdən razıdır. O, belə davam edərsə, 20 yaşlı Nicatın gələcəyinin parlaq olacağını deyib.
Xatırladaq ki, 20 yaşlı idmançının Azərbaycanda federasiya rəsmiləri və baş məşqçi Zlatan Vanevlə problemi çıxmışdı. Bu üzdən o, Qazaxıstan bayrağı altında çıxmağı qərarlaşdırıb.
Ancaq yığmanın məşqçisi Zlatan Vanev bildirmişdi ki, idmançının millidən uzaqlaşdırılma səbəbi deyilən vaxtda dopinq testindən keçməməsidir.
İdmançının atası Əli Rəhimov isə açıqlamasında millidə
nizam-intizamın olmaması və bolqarıstanlı baş məşqçinin Nicatı
yarışlara aparmadığı üçün belə bir addım atdıqlarını demişdi.
(http://publika.az/p/7987 )
Qeyd edək ki, Enver Türkiler Qazaxıstan ağır atletika üzrə milli
komandasını çalışdırır. O, Türkiyənin millisindən “dopinqçi”
damğası ilə uzaqlaşdırılşmışdı.
Aygün İlqarqızı
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU