Avstraliyada 4 DRS zonası olacaq
Bizi izləyin

İdman

Avstraliyada 4 DRS zonası olacaq

Mövsümün üçüncü yarışı azarkeşlər Avstraliyada bir ilkə şahidlik edəcəklər. Belə ki, Albert Parkda 4 DRS zonası olacaq.

Publika.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) rəsmən Melburnda Albert Park trasında qarşıdakı yarış üçün 2 DRS deteksiya və 4 DRS aktivasiya nöqtələrini təsdiq edib. Beləliklə, F1 tarixində rekorda imza atılıb – indiyə qədər heç bir trasda 4 DRS zonası olmamışdı.

Qeyd edək ki, mövsümdə ilk dəfə 2 DRS zonası bir deteksiya nöqtəsi ilə tənzimlənəcək.

Əgər deteksiya nöqtəsində iki maşın arasındakı interval 1 saniyədən az olarsa, onda arxadakı maşında aktivasiya nöqtəsində arxa qanadın hərəkətli elementini yuxarı qaldırmaq imkanı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm