"Neftçi" 2 futbolçusunu icarəyə verdi
Bizi izləyin

İdman

"Neftçi" 2 futbolçusunu icarəyə verdi

"Neftçi" futbolçuları Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarımmüdafiəçi növbəti mövsümünün sonunadək “Turan Tovuz”a icarəyə verilib.

Qeyd edək ki, 2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018 - 2020-ci illərdə ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm