"Viktoriya" "Qarabağ"la oyundan əvvəl qələbə qazandı
Bizi izləyin

İdman

"Viktoriya" "Qarabağ"la oyundan əvvəl qələbə qazandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) klubu Çexiya çempionatında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Plzen təmsilçisi III turda "Qradets-Kralove"nin qonağı olub.

Son ölkə çempionu rəqibini 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən "Viktoriya" "Bohemians" və "Brno" ilə birlikdə ilk 3 pilləni bölüşdürür.

Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm