İdman
Yeniyetmə boksçumuz Avropa çempionu oldu

Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.
Publika.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn E.Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Təmsilçimiz döyüşdə 5:0 hesabı ilə qalib gəlib. Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.
Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) isə finalda ingiltərəli Rubi Vaytla üz-üzə gəlib. Həlledici görüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
Nəticədə qız boksçulardan ibarət yığma komandamız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bir gün əvvəl isə Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.
Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekorda imza atıb.
Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçumuz final döyüşünə çıxacaq.
(trend)

-
Magazin113:50
Mənə yazmayın: Heç kimə yardım etməyəcəm - Kamil Zeynallı
-
Hadisə13:10
Azərbaycanlı iş adamı ürəyindən güllələndi - Video
-
Sosial12:44
Vəzifəli şəxslər rüşvətə görə həbs olundular
-
İdman12:09
AFFA "futbolumuzun Məkkəsi"nə "torba" tikir - "Kəpəz" elitadan qovulur
-
Art11:18
“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”
-
Magazin110:48
Xatuna elçi düşən kimdir? - VİDEO
-
Qoroskop10:18
Bürcünüzə uyğun daş: Güc verir, uğur gətirir
-
Hadisə09:42
Azərbaycandan qaçan qadın məmur Rusiyada TUTULDU