Kralın qızı ona aşiq olub - Bu sevgiyə cavab verəcək?
Bizi izləyin

İdman

Kralın qızı ona aşiq olub - Bu sevgiyə cavab verəcək?

İspaniya yığması dünya çempionatında mübarizəni dayandırdı. Turnirin favoritlərindən hesab olunan ispanlar 1/8 finalda Mərakeşə məğlub oldular. İspaniyanın gənc ulduzu Qavi üçün Qətərdəki çempionat uğursuz oldu. Amma 18 yaşlı futbolçunun meydandan kənarda işləri qaydasındadır. Necə qaydasında olmasın ki, kralın qızı onu sevir.

Publika.az AS nəşrinə istinadən xəbər ki, kral VI Filippin böyük qızı, şahzadə Leonor Qaviyə aşiq olub.

O, sevgisini açıq şəkildə büruzə verir. Şahzadə futbolçunun şəkilləri yapışdırılmış qovluğu məktəbə də gətirir. Kosta-Rika ilə oyundan sonra kral yığmanın soyunub-geyinmə otağına girərək Qavidən xahiş edib ki, qızı üçün nəzərdə tutulmuş formanı imzalasın. Böyük ehtimalla, kral bu formanı qızına yeni il hədiyyəsi edəcək.

Leonor, 2014-cü ilin iyununda babası Xuan Karlos taxtdan imtina etdikdən sonra İspaniya taxtının varisi olub. Şahzadənin şəxsi həyatı haqqında çox şey məlum deyil: o, İspaniya kral qvardiyasından olan uşaqlar üçün nəzərdə tutulan uşaq bağçasına gedib. 2008-ci ildən isə atası Filipin də oxuduğu Madrid yaxınlığındakı “Santa Maria de los Rosales” məktəbinə gedib. Leonor hazırda Uelsdəki Birləşmiş Dünya Atlantika Kollecində təhsil alır. Aprel ayında “Forbes” şahzadəni İspaniyanın 25 ən nüfuzlu adamı siyahısına daxil edib.

“Marca” yazırdı ki, Leonor avarçəkməni sevir və hətta bu idman növü ilə peşəkar şəkildə məşğul olmaq istəyir. Ancaq valideynləri onu inandıra biliblər ki, təhsilini davam etdirsə, yaxşıdır. Qavi Şahzadənin sevgisinə cavab verəcək? Hətta cavab versə belə, onların evlənməsi üçün şəxsən kralın razılığı lazımdır. Hazırda Qavinin sevgilisi yoxdur. O, valideynlərinin tövsiyələrinə əməl edərək, yetkinlik yaşına qədər heç bir qızla münasibət qurmayıb. Avqustun əvvəlində onun 18 yaşı tamam olub - indi heç bir maneə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm