İdman
Liqanın pedofil prezidenti həbs edildi

Fransanın həndbol üzrə milli komandasının əfsanəvi qapıçısı, Milli Həndbol Liqasının sabiq prezidenti Bruno Martini həbs olunub.
Publika.az xəbər verir ki, o, pedofillik ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşüb.
Məlumata görə, Martininin əməli polisin iki illik əməliyyatından sonra aşkarlanıb. Fransa milli komandası ilə 1995 və 2001-ci illərdə dünya çempionu olan Bruno “azyaşlıları istismar etmək” və “uşaq pornoqrafiyası çəkmək” ittihamı ilə saxlanılıb.
O, 2021-ci ilin sonundan rəhbərlik etdiyi MHL-in prezidenti postundan istefa verib. Martini müstəntiqlərə etiraf edib ki, 13 yaşlı uşaqla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb, ondan açıq-saçıq foto və videolar istəyib, görüşməyi təklif edib. O, Parisdəki evində həbs edilib.
Martini günahını etiraf edərsə, onu 5 il həbs cəzası gözləyir.
Heybət

-
İdman09:36
"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi
-
MDB09:00
General Rüstəm Muradov vəzifəsindən azad edildi
-
Nəqliyyat08:24
Bakının bir sıra yollarında tıxac yarandı - SİYAHI
-
Region08:13
Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
-
Ekologiya07:17
Novruz tətilindən sonrakı ilk iş günü hava necə olacaq?
-
İdman01:41
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər
-
Qoroskop00:20
Günün ULDUZ FALI: tez-tez səhvlərə yol verirsiniz
-
İdman00:00
Okan Buruk: ""Qarabağ" avrokubok matçına çıxmış kimi oynadı"