Hakimlər bu qeyri-adi vərəqəni niyə göstərirlər?
Bizi izləyin

İdman

Hakimlər bu qeyri-adi vərəqəni niyə göstərirlər?

İngiltərə Federasiya kubokunun 4-cü mərhələsi çərçivəsində baş tutan “Vrexhem”- “Şeffild Yunayted” matçında maraqlı hadisə yaşanıb. 3:3 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın bitməsinə 19 dəqiqə qalmış qonaqların yarımmüdafiəçisi Daniel Cebbison yumru qırmızı vərəqə alıb. Bəli, düz oxudunuz – yumru vərəqə.

“Kart niyə yuvarlaqdır” sualının cavabı sizi maraqlandıra bilər. Dəyirmi və oval kartlar əvvəlcə rəngləri ayırd edə bilməyən oyunçulara göstərmək üçün hazırlanıb. Həm də kartın forması onu tez göstərmək istəyən hakimə kömək üçündür. Kart oval olanda onu cibdən çıxarmaq daha rahat olur.

Bu, hakimlər üçün ilk təcrübə deyil. Bu üsuldan referilər 90-cı illərdən istifadə edirlər. Xüsusilə İngiltərə Premyer Liqasında belə məqamlara rast gəlmək olar. Məsələn, fotoda gördüyünüz kimi Paul Tierney “Hall Siti”nin futbolçusu Tom Haddlistona yumru qırmızı vərəqə göstərir.

Başqa nümunələr də var. Rocer İst Premyer Liqa oyununda "Sanderlend"in futbolçusu Ues Braunu meydandan qovur. Düzdür, həmin epizodda qırmızı vərəqə başqa futbolçuya – komanda yoldaşı Con O'Şiyə göstərilməli idi.

Rocerin belə başqa təcrübələri də var. O, “Haddirsfild” – “Vest Bromviç” matçında Kristofer Şindleri məhz yumru kartla meydandan kənarlaşdırır.

Kyeron Dayer 2005-ci ildə “Nyukasl” – “Aston Villa” matçında davada iştirak etdiyi üçün bu üsulla cəzalandırılıb.

Burada isə “Çelsi”nin yarımmüdafiəçisi Marsel Desayi Liqa Kuboku matçında referi Mark Halsinə mane olmağa çalışır. Çünki o, komanda yoldaşı Cimmi-Floyd Hasselbenkə yumru qırmızı vərəqə göstərmək istəyir.

Digər idman növlərində belə cəzalar varmı? Bəli, otüstü xokkeydə. Bu idman növündə hakim üç kart göstərə bilər Dairəvi şəklində qırmızı vərəqə, burada demək olar ki, futboldakı funksiyanı daşıyır. Oyunçu matçın sonuna qədər meydandan uzaqlaşdırılır. Daha sonra təşkilatçılar hadisəyə uyğun qərar verirlər.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm