İdman
Ziyeşin transferi niyə baş tutmayıb? - Ağlagəlməz səbəb

"Çelsi"nin futbolçusu Hakim Ziyeş transfer pəncərəsinin son günündə PSJ-yə keçməyə yaxın idi. Ancaq onun Paris təmsilçisinə transferi son anda reallaşmayıb.
Publika.az xəbər verir ki, buna bir insanın səhlənkarlığı səbəb olub. İki klub transfer məsələsində erkən saatlarda ortaq məxrəcə gəlsə də, mərakeşli vingerin sənədləri göstərilən müddətdən gec göndərildiyi üçün keçid rəsmiləşməyib.
"L'Équipe"nin yazdığına görə, "Çelsi"nin texniki işçiləri 3 dəfə Ziyeşin sənədlərin səhv göndərib. Bu da müqavilənin vaxtında bağlanmaması ilə nəticələnib.
Bu hadisədən sonra klublar arasındakı münasibət pisləşib. PSJ rəhbərliyi səhlənkar davranışa görə "Çelsi"yə qəzəblidir. Bir müddədir komandadan ayrılmaq istəyən futbolçu da transferinin baş tutmamasını aqresiv formada qarşılayıb. London təmsilçisi isə yaşanan hadisəyə hələ rəsmi formada aydınlıq gətirnəyib.
Qeyd edək ki, Fransa klubu Hakim Ziyeşi icarə əsasında heyətinə qatmağı planlaşdırırdı.
Heybət

-
İnanc10:21
Ən tənbəl BÜRCLƏR - Onlardan uzaq durun
-
İdman09:36
"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi
-
MDB09:00
General Rüstəm Muradov vəzifəsindən azad edildi
-
Nəqliyyat08:24
Bakının bir sıra yollarında tıxac yarandı - SİYAHI
-
Region08:13
Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
-
Ekologiya07:17
Novruz tətilindən sonrakı ilk iş günü hava necə olacaq?
-
İdman01:41
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər
-
Qoroskop00:20
Günün ULDUZ FALI: tez-tez səhvlərə yol verirsiniz