İdman
Millimizin voleybolçusu: "Zəlzələ uzun müddət davam etdi, çox qorxduq"
“Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Çukurova Adana BLD. Demirspor” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Olena Xarçenko deyib.
Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən 28 yaşlı oyunçu hadisə zamanı xəsarət almadığını söyləyib: “Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin”.
Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. ("Report")
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO