İdman
O, DÇ-nin Qətərdə keçirilməyəcəyinə əmindir
FİFA İcraiyyə Komitəsinin üzvü Teo Zvanziger 2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilat hüququnun Qətərdən alınacağına inanır.
Publika.az xəbər verir ki, Zvanziger "Bild" qəzetinə verdiyi müsahibədə məsələyə belə münasibət bildirib:
"Şəxsən mən, 2022-ci ildə mundialın Qətərdə keçirilməyəcəyinə inanıram. Bu, yalnız stadionlarda xüsusi soyuducu texnologiyadan istifadə edilərsə, mümkün ola bilər. Amma mundial təkcə stadionlardan ibarət deyil. Dünyanın müxtəlif yerlərindən yola çıxacaq fanatlar da var. İlk ölüm hadisəsi ictimai qınağa səbəb ola bilər".
Xatırladaq ki, Qətər 2010-cu ilin dekabrında 2022-ci ildə keçiriləcək mundialın ev sahibi hüququnu qazanıb. Amma bu qərardan sonra FİFA ciddi şəkildə tənqidlərə məruz qalıb.
Turnirin yayda keçirildiyini nəzərə alan bir sıra mütəxəssislər isti hava şəraitinin futbolçuların sağlamlığına ciddi təsir edəcəyini düşünür. Hətta mundialın qışda keçirilməsini təklif edənlər də var.
Aygün İlqarqızı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ