İdman
Onun “artistliyi” Türkiyəni qarışdırdı – VİDEO
Türkiyə Superliqasında keçirilən "Fənərbaxça" - "Qaziantepspor" oyunu böyük mübahisələrə səbəb olub.
Gökhan Gönülün cərimə meydançasında yerə yıxılması baş hakim Ali Palabıyık tərəfindən penalti kimi qiymətləndirilib. Bu penaltidən Əmrə Belezoğlu dəqiq yararlanaraq, komandasına 3 xal qazandırıb.
Publika.az xəbər verir ki, Gökhan Gönülün çərimə meydançasında qəsdən yerə yıxıldığı iddiası böyük mübahisələrə rəvac verib. Türkiyənin məşhur futbol mütəxəssisləri Gönülü bu hərəkətinə görə tənqid ediblər.
Ancaq epizodun “qəhrəmanı” Gökhan Gönül onu tənqid edənlərə sərt reaksiya verib. Türkiyə milli komandasının da şərəfini qoruyan futbolçu sosial şəbəkədə tənqidçiləri səslənib:
“Rəqibə toxunmanın azını, çoxunu müzakirə etməyi anladıq. Mərkəz xəttində rəqibi tutub saxlamaq sarı vərəqə ilə cəzalandırılırsa, cərimə meydançasında bunun dərəcəsini müzakirə etmək gülməlidir. Məni təhqir edənlər, əvvəl öz xarakterinizə baxın, sonra məni ittiham edin”.
Aygün İlqarqzı
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO