Dünya futbolunun gerçəkləşməyən arzusu - Onlar eyni komandada oynasaydılar... - VİDEO
Bizi izləyin

İdman

Dünya futbolunun gerçəkləşməyən arzusu - Onlar eyni komandada oynasaydılar... - VİDEO

Futbol dünyasında parlaq ulduzlar həmişə olub, bundan sonra da olacaq. Ancaq onlar kimisi çətin ki, bir də olsun. Söhbət Kriştiano Ronaldo və Lionel Messidən gedir.

Onların çox böyük fanat qrupları var. İdmanın şahındakı xüsusi adlardan biridilər. Fubol yaşı ilə qocalsalar belə, diqqətdən kənar qalmırlar. Onların oyunlarını səbrsziliklə gözləyən milyonlarla, bəlkə də milyardlarla insan var. "Necəsən?"-dən sonra dünyada ən çox verilən sual "Messi, yoxsa Ronaldo?"-dur. Onlar çıxışları ilə buna layiq olduqlarını sübut ediblər.

Futbol azarkeşlərinin bir qisminin super ulduzlarla bağlı reallaşmayan arzusu var. Ronaldo və Messi eyni komandada oynasaydılar, necə olardı? Bunu təsəvvür etmək belə mümkünsüzdür. İki qoçun başı bir qazanda qaynaya bilər(di)mi?

Belə bir şans olub. Ötən ilin yayında Leonun çıxış etdiyi PSJ Ronaldonu "Mançester Yunayted"dən transfer etmək barədə ciddi düşünürdü. Ancaq Paris klubunun rəhbərliyi sonda risk etməmək qərarına gəldilər. Onların ulduz futbolçularla bağlı böyük proyektləri olsa da, bunu reallaşdırmadılar. Bununla da, azarkeşlərin də böyük arzusu ürəklərində qaldı.

Fubol fanatları o qədər çılğındırlar ki, hisslərin qarşısını almaq, onlara sərhədlər qoymaq mümkün deyil. DÇ-2022-dən sonra superulduzlar foto layihələrdə bir araya gəldilər. Həmin şəkil qısa zamanda sosial şəbəkələrin bəzəyi oldu. Oyun konsollarında belə Leo və Krişdən tandem yaratmaq mümkün olub. Bu, elə də çətin proses deyil. Başqa formada davrananlar da var. Məsələn, hər iki futbolçunu videomontajla bir araya gətirənlər. Bu günlərdə sosial şəbəkələrin bəzəyinə çevrilən həmin görüntülər izləyənlərdə qəribə hisslər yaradır.

Nə vaxtsa onları eyni komandada görəcəyik. Amma bunun nə zaman olduğunu bilmirik. Bəlkə də hansısa vida və ya xeyriyyə matçında. Biri ötürmə edəcək, digəri qol vuracaq.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm