İdman
Prezident hamını ittiham etdi
Qalatasaray"ın prezidenti Ünal Aysal oktyabrın 25-də keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlayıb.
Publika.az xəbər verir ki, Aysal bir çox sirrin üstünü açıb, bir sıra şəxsləri ittiham edib:
“Bütün camiəmizə mənə verdikləri dəstəyə görə çox təşəkkür edirəm. Baş verən hadisələrdən sonra klub prezidentliyinə namizədliyimin doğru olmayacağı qənaətinə gəldim. Ona görə də namizədliyimi irəli sürməyəcəm.
Əlbəttə, seçkidə hansısa bir namizədə dəstək verəcəm. Camiəmızə xeyirli olsun. Qərarıma ailəmin heç bir təsiri yoxdur. Hamısı davam etməyim üçün dəstək verdi. Məndən əvvəlki rəhbərliyin etdiyi səhvi təkrarlamaq istəmədim.
Mənə verilən mesajı aldım. Onlara 2 layihə ilə getdim. Ancaq ikisini də rədd etdilər. Ali Dürüstə klub prezidenti olması ilə bağlı israr etdim, Ancaq qəbul etmədi. “Başqa bir komitədə işləyə bilərəm” dedi”.
Ünal Aysal ötən il baş verənlərlə bağlı da açıqlamalar verib:
"Keçən il liqaya 8 xal itkisi ilə başlamışdıq. Bu il də itkilərlə başladıq. Bunu hazırlıq dövrü saydıq. Mövsüm indi başlayır. Oyuncularımızın qiymətini bilməliyik. Futbolçularımız meydanda tər tökürlər. Bəzən konsentrasiyaları düşə bilir. Tərəfdarlarımız da həmişə qələbələrə alışdıqları üçün oyunçulara təpki göstərə bilirlər.
Bu reaksiyalara çox da fikir vermək lazım deyil. Tərəfdarın təpksini xoş niyyətə yozmaq və bu məsələnin üstündə çox durmamaq lazımdır. Tərəfdarlardan xüsusi xahişim var, futbolçulara qarşı daha dözümlü olun. Onların üstünə getməyin ki, toparlana bilsinlər”.
Aysal Kakanın baş tutmayan transferi ilə bağlı da danışıb:
“Mənim prezident olduğum dövrdə məşqçilərin istəmədiyi heç bir oyunçu transfer edilməyib. Onlar siyahı verərdi, biz də transfer edərdik. Fatih Terimin dövründə Kakanın bura gəlməsi mümkün deyildi. Oyunçu komandasından ayrılıb bura gəlmək istəmədi. Kaka onsuz da Çempionlar Liqasında oynamışdı, bizə gəlsəydi oynamayacaqdı. Sneyderi seçdik və nə qədər doğru olduğu göz qabağındadır.
Bundan əlavə, bizim məşqçi kimi ilk seçimimiz Prandelli deyildi, Luçesku idi. Luçesku, bizə gələcəyi ilə bağlı mesaj da vermişdi. "Şaxtyor”un rəhbəri Luçeskudan xahiş etdi. O da onun ürəyini qırmamaq üçün orada qaldı. Bu barədə dərhal zəng edib mənə bildirdi”.
”Aslan”ın rəhbəri Terimdən incidiyini də deyib:
“Fatih Terimə qarşı ciddi incikliyim var. Amma ona nifrət etmirəm. Terimin ayrılma prosesində ona milli komandanın başına keçib- keçməyəcəyini soruşdum. Mənə cavab vermədi, gedib müqavilə imzaladı. Biz Fatih Terimin milli komandaya 4 oyunluq rəhbərlik edəcəyinə razılıq vermişdik. Terim də belə demişdi.
Sonra mən Türkiyə Futbol Federasiyasının prezidentinə zəng etdim və "məşqçimiz sadəcə 4 oyunluq milli komandanın başına keçə bilər" dedim. Demirören mənə "belə danışmadıq" dedi. Fatih Terimin bizimlə əməkdaşlığı idarə heyətinin də qərarı ilə belə başa çatdı.
Biz Fatih Terimlə 2 il uğurlu bir dövr keçirmişik. Mən 3-cü ilin də uğurlu olmasını niyə istəməyim? Biz keçən il çempionluğu Terimlə olan ayrılığımız üzündən itirdik. Fatih Terimlə olan mesajlaşmalarımı heç kimə göndərmədim və vermədim. Hansısa bir şəkildə ortaya çıxıb. Biz təşkilatlanmaya qərar verdikdən sonra Ali Dürüst və Abdürrahim Albayrak ayrıldı. Mənim heç kimlə problemim yoxdur”.
“İdarə heyətinin Fövqəladə Toplantısının keçirilməsini özümə qarşı təhqir hesab etdim. Düşünürəm ki, bu toplantı xüsusilə mənə qarşı hazırlanıb. Bundan əvvəlki konfransda tamamilə fərqli mövzulardan danışdım və irəliyə doğru əhəmiyyətli layihələrimizin olduğundan bəhs etdim.
"Qalatasaray"ın bəzi işləri üçün oradan ayrılmaq məcburiyyətində qaldım. Məndən sonra onlar müzakirəyə başlayıblar və israrla bir həftə sonra fövqəladə toplantı qərarı veriblər. Belə hallar inam hissinin itdiyi vaxtlarda baş verir. İdarə heyətinin fövqəladə toplantısının keçirilməsi bir mesaj idi.
Çempionat başlayandan etibarən mediada çox ciddi hücuma məruz qalmışam. Bütün yazılanlar səhv və çirkin məlumatlara söykənib. Bu xəbərlərin təməlində klubun daxilindən verilən dəstəklər də var. Hər gün daha çox üstümə gəldilər. Sonda özəl həyatıma qədər əl uzatdılar. Bu, "Qalatasaray" prezidenti olaraq mənim ləyaqətimi alçaldan kədərli bir vəziyyətdir.
Hazırda türk idmanında ümumi bir narahatedici mühit var. Müstəqil olması lazım olan təşkilatların bizə qarşı davranışları, laqeydliyi və haqsız qərarları məni narahat etdi. Bütün bunlardan sonra “namizədliyimi irəli sürməyəcəm” qərarını vermək qaçılmaz oldu".
Aygün İlqarqızı
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”