İdman
Kələfin ucu görünür – Rusiya sənədlərin dərcinə etiraz edir
Rusiyanın idman naziri Vitali Mutko FİFA-nın korrupsiya ilə bağlı apardığı araşdırmaların nəticələrinin dərc olunmasının əleyhinədir.
FİFA-da bu araşdırmalar 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ev sahiblərinin müəyyənləşməsi zamanı rüşvət verilməsi iddiaların ortaya atılmasından sonra başlanılıb.
Publika.az xəbər verir ki, Mutko sənədlərin dərc olunmasının yolverilməz olduğunu bildirib:
“Mən hesab etmirəm ki, bu hesabatı dərc etmək lazımdır. Düşünürəm ki, nəticə çıxarmaq lazımdır. Hesabat üçün məlumat toplanılarkən insanları əmin etdilər ki, hər şey məxfi qalacaq. Ancaq indi məlumat yayılıb ki, hesabat dərc edilə bilər.
Bu, kobud şəkildə desək, istintaqla əməkdaşlıq qaydalarının pozulmasıdır. Özü də hesabat İcraiyyə Komitəsinin üzvlərinə tanış olmaq üçün yalnız noyabr ayında veriləcək.
Hesab edirəm ki, mundialın təşkilatçılıq hüququnun Rusiyadan alınması üçün hər hansı bir təhlükə yoxdur. O ki qaldı Qətərə, bu, mənim işim deyil. Mən öz ölkəm haqqında danışmağa öyrəşmişəm”.
Qeyd edək ki, hesabatın dərc olunması təklifi ilə FİFA-nın etika komitəsinin sədri Maykl Qarsiya çıxış edib. FİFA-nın vitse-prezidenti Ali bin al Husseyn və FİFA-nın keçmiş baş katibi Jerom Şampan da bu təklifi dəstəkləyib.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı