Azərbaycana 2000-dən çox qonaq gəlir: Mühüm qərarlar veriləcək
Bizi izləyin

İdman

Azərbaycana 2000-dən çox qonaq gəlir: Mühüm qərarlar veriləcək

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi mətbuat konfransı təşkil edilib.

Publika.az xəbər verir ki, konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-pezidenti Nağı Səfərov media nümayəndələrinin suallarını cavablandırıb.

Federasiya rəsmisi 146 ölkədən 1000-dək idmançının mundiala qatılacağını vurğulayıb: «Növbəti həftədən 2000-dən çox qonaq paytaxtımıza təşrif buyuracaq. Bəzi komandalar təlim-məşq toplanışı üçün müraciət edib. Bu, pandemiyadan sonra ölkəmizdə baş tutacaq ən önəmli turnirlərdən biri olacaq. Ölkəmiz böyük idman tədbirlərinə ev sahibliyi edir. Azərbaycan tamaşaçısı belə yarışları öz ölkəsində izləyir. Mundial beynəlxalq federasiya üçün də önəmlidir. Qurumun Bakıda gerçəkləşəcək 50 illik yubileyində mühüm qərarlar qəbul olunacaq».

Nağı Səfərov hazırlıqla bağlı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun rəhbərliyi ilə Təşkilat Komitəsinin iclasının keçirildiyini əlavə edib: "İclasda yeniliklərlə bağlı danışılıb, iş planı müzakirə edilib, çempionat ərəfəsində baş tutacaq tədbirlər barədə məlumat verilib".

O, baş məşqçilərin qarşısına tələblər qoyduqlarını bildirib: "Kişilərdən 3, qadınlardan isə 2 medal gözləyirik. İdmançılarımızın durumları yaxşıdır və təlim-məşq toplanışlarını davam etdirirlər".

Federasiyanın vitse-pezidenti Rusiya idmançılarının da siyahıda olduğunu əlavə edib: "Amma burada müəyyən şərtlər var. Yekun siyahını gözləyirik. İdmançının hərbi xidmətdə olması, Ukraynaya qarşı döyüşlərdə iştirakı kimi məsələlərə baxılacaq".

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm