21 yaşlı model məşhur futbolçuları ölümlə hədələdi: Ağlasığmaz səbəb - FOTOLAR
Bizi izləyin

İdman

21 yaşlı model məşhur futbolçuları ölümlə hədələdi: Ağlasığmaz səbəb - FOTOLAR

"Çelsi"nin hazırkı futbolçuları Meyson Maunt, Ben Çiluell və sabiq üzvü Billi Gilmur qalmaqalla üzləşib.

Publika.az xəbər verir ki, onlar Orla Sloan adlı modelin əməllərinin qurbanı olublar. O, tanış olduqdan sonra futbolçuları müxtəlif yollarla şantaj edib və hədələyib. Ciddi həyati təhlükə ilə üzləşən üç oyunçu hüquq-mühafizə orqanların müraciət edib.

21 yaşlı model münasibətini kəsməzdən əvvəl Mount ilə qısa müddət görüşüb. Ayrıldıqdan sonra o, müxtəlif telefon nömrələri və sosial media hesablarından istifadə edərək oyunçunu hədələməyə başlayıb.

Daha sonra Sloanenin qurbanı Gilmur olub. Heç vaxt münasibətdə olmadığı futbolçudan hamilə qaldığını iddia edib.

Bu çərşənbə günü Orla məhkəmə qarşısına çıxarılıb. O, Mountu zorakılıq hədələri ilə təqib ediyini və Gilmourda ciddi narahatlıq və ya sıxıntı yaşatdığını etiraf edib.

O, həmçinin Ben Çiluellə ​​qarşı başqa bir təcavüzdə ittiham edilib. Buna səbəb “Sən və Çiluell məhv olacaqsız. Şeytan körpədən ehtiyatlı olun, Meyson, bir saniyədə ona çevrilə bilərəm" - deyə modelin Maunta yazdığı bu məktub olub.

Sloana ilə bağlı yekun hökm iyunun 20-də veriləcək. Məhkəmə hazırda sərbəst olan modelin real həbs cəzası ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, “Çelsi”nin hər üç futbolçusu Sloan ilə 2020-ci ildə ziyafətlərdən birində tanış olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm