Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
Bizi izləyin

İdman

Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU

Ötən gün Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümünə yekun vuruldu.

Publika.az xəbər verir ki, çempionat mükafatlandırma mərasimi ilə bitdi. 10-cu çempionluğunu rəsmiləşdirən "Qarabağ"la yanaşı, "Sabah"a gümüş, "Neftçi"yə isə bürünc medallar təqdim edildi.

Mərasimdə maraqlı anlar yaşandı. Tədbiri gözəlliləşdirən başqa bir məqam isə futbolçular və məşqçilərin ailə üzvlərinin də burada olması və onların sevincinə şərik olması idi.

Ötən gün baş tutan mərasimin ən maraqlı fotosu isə Qurban Qurbanov və oğlu Musa Qurbanovla bağlı idi. 51 yaşlı mütəxəssis 10-cu çempionluğunu qeyd edirdisə, 21 yaşlı Musa 2-ci dəfə bu sevinci yaşayırdı. Belə bir gündə onları ailəsi də tək qoymayıb.

Onların mərasimdən sonra çəkilən fotosu isə diqqətdən yayınmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm