İdman
Messini transfer etmək üçün 2 klub plan qurdu: Biri alacaq, o biri də...

“Barselona” Lionel Messinin transferi ilə bağlı “İnter Mayami” ilə birgə fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanından təklif alsa da, “Barsa” onu transfer etməkdən vaz keçməyib. Messi və ailə üzvləri Səudiyyə Ərəbistanına getməkdənsə, İspaniyada yaşamağa üstünlük verirlər. Amma Buskets və Albanın ayrılmasından sonra belə Kataloniya klubu maddi baxımdan Argentina millisinin kapitanının transferini reallaşdıra bilmir.
“L`Equipe” nəşrinin yazdığına görə, yayda “İnter Mayami” Messi ilə müqavilə bağlayıb, onu 6 və ya 18 aylıq “Barsa”ya icarəyə verə bilər. Bu da ulduz futbolçuya 2024-cü ildə keçiriləcək "Copa America"ya qədər yüksək səviyyədə oynamağa imkan verəcək. Çünki həmin yarışdan sonra Leonun milli komandayla vidalaşacağı gözlənilir.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır.
Heybət

-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO