Poçettinonun "qara siyahı"sı: "Çelsi"də təmizlik işlərinə başlanır
Bizi izləyin

İdman

Poçettinonun "qara siyahı"sı: "Çelsi"də təmizlik işlərinə başlanır

"Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino təyinatı rəsmiləşdikdən dərhal sonra işə başlayıb.

Publika.az xəbər verir ki, yeni mövsümün planlarını quran mütəxəssis komandada böyük "təmizlik işləri"nə başlamğa hazırlaşır. O, klub rəhbərliyindən 15 futbolçu ilə yolların ayrılmasını tələb edəcək. Bu barədə "Daily Mail" məlumat yayıb.

Poçettinonun "qara siyahı"sındakı futbolçuların adları belədir: Pier-Emerik Obameyanq, Hakim Ziyeş, Kristian Pulisic, Eduard Mendy, Kallum Hadson-Odoy, Xalidu Kulibali, Sezar Aspilikueta, Nqolo Kante, Mateo Kovacic, Konor Qallaher, Tre Çaloba, Ruben Loftus-Cheek, Meyson Mount, Joao Feliks və Denis Zakaria

Onların demək olar ki, hamısı argentinalı çalışdırıcının planlarına daxil deyil. Poçettino Meyson Mountla işləmək istəsə də, futbolçu komandadan gedə bilər. Çünki onun müqaviləsi bir ildən sonra başa çatacaq. "Çelsi" sözləşmə müddətinin uzadılması barədə yarımmüdafiəçi ilə razılığa gələ bilməyib. Yeni anlaşma əldə olunmasa, Mount bu yay satılacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm