İdman
İstanbul finalından öncə siyasi qalmaqal: UEFA-da ara qarışdı

UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.
Publika.az xəbər verir ki, "Mançester Siti" və "İnter" komandaları arasında keçiriləcək görüşə təyinat alan polşalı referi Şimon Marçinyak bu hüquqdan məhrum edilməyə yaxındır. Buna səbəb onun ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır. “Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.
UEFA məsələ ilə bağlı açıqlama yayıb. Qurum, araşdırma aparıldığını qeyd edib. Eyni zamanda polşalı referidən açıqlama tələb edilib:
"UEFA Şimon Marçinyaka qarşı ittihamlardan xəbərdardır və təcili açıqlama tələb edir. Təşkilatımız və bütün futbol ictimaiyyəti sözügedən qrupun təbliğ etdiyi “dəyərlərdən” iyrənir və bu ittihamları çox ciddi qəbul edir. Sabah detallar araşdırıldıqdan sonra yeni açıqlama veriləcək.
Qeyd edək ki, final qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Heybət

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO