İdman
Benzemadan vida nitqi: Bəzən həyat sənə başqa şans verir

Kərim Benzemanın klubdan ayrılması münasibətilə "Real"da vida mərasimi keçirilib.
Publika.az xəbər verir ki, fransalı hücumçu tədbir zamanı təsirli çıxış edib:
"Belə emosiyalarla danışmaq çətindir. "Real" və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Həyatımda yaxşı bir macəra oldu. Xoşbəxtəm ki, uşaqlıq arzumu həyata keçirdim. "Real"ı heç vaxt unutmayacağam. Mümkün deyil, çünki bu, tarixin ən yaxşı klubudur. Ancaq düşünürəm ki, bu gün ayrılmaq və başqa bir hekayəyə başlamaq vaxtıdır.
Mənə güvən verən baş məşqçi Karlo Ançelottiyə də təşəkkür edirəm. Mən ondan çox şey öyrənmişəm. Klubumu tərk etdiyim üçün bir az kədərli gündür. “Realda qalmaq istəyirdim, amma bəzən həyat sənə başqa şans verir. Bu, ailəmlə birlikdə verdiyim çox çətin bir qərardır".
Mətbuatda yayılan xəbərlərə görə, 35 yaşlı Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda davam etdirəcək.
Qeyd edək ki, 35 yaşlı Benzema 2009-cu ildən "Real"da çıxış edib. Son mövsümdə "Kral klubu"nun forması ilə 43 matça çıxan Əlcəzair əsilli forvard 31 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət

-
İKT20:48
"Instagram" və "Facebook" PULLU OLACAQ - QİYMƏT
-
Ekologiya19:00
Laçına şiddətli dolu yağdı - VİDEO
-
Qarabağ 18:24
Ordumuzun nəzarətinə keçən Tərtər rayonunun Umudlu kəndi - VİDEO
-
Qarabağ 17:45
Şuşanın Zarıslı kəndi - Video
-
Region17:13
Kadırov daha bir qızına yüksək vəzifə verdi
-
Qarabağ 16:37
Separatçıların “başçıları” Laçın postunda HƏBS OLUNDULAR
-
Nida Xəbər 15:58
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
-
Rəsmi xronika15:28
İlham Əliyev sərəncam imzaladı