İdman
Messi gəldi, qiymətlər 20 dəfə bahalaşdı
.jpg?v1696272393)
Lionel Messinin transferi "İnter Mayami"nin oyunları üçün satılan biletlərin qiymətinin ciddi şəkildə artması ilə nəticələnib.
Publika.az xəbər verir ki, bu barədə "SportsLens" məlumat yayıb. Sözügedən MLS təmsilçisinin iyulun 21-də Messinin iştirak edəcəyi ilk ev matçına canlı baxmaq istəyənlər 521 dollar ödəməlidir. Həmin qarşılaşmada Mayami klubu Liqa Kuboku çərçivəsində Meksikanın "Krus Asul" komandasını qəbul edəcək.
Argentinalı superulduzun transferinə qədər bu matçın biletlərinin qiyməti 29 dollar idi. Müqayisə üçün qeyd edək ki, NBA finalının 3-cü qarşılaşmasına - "Mayami Hit" və "Denver Naqqes" görüşünə biletlərin qiyməti 412 dollar təşkil edib.
Messi ötən gecə İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu "İnter Mayami"yə transfer olunacağını elan edib. O, iyulun 1-də 3 illik müqaviləyə qol çəkəcək.
Heybət

-
İdman22:05
Ərəblər Qasım Süleymaniyə görə Tehranda meydana çıxmadılar
-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...