İdman
"Barselona" Neymarı bu səbəbə görə transfer etməyəcək

Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar İspaniyanın "Barselona" klubuna qayıtmayacaq.
Publika.az-ın “Sport”a istinadən məlumatına görə, "Barselona" futbolçunun həyat tərzindən utanır. Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir.
Bundan əlavə, "Barselona" maliyyə feyr-pleyindəki problemlər səbəbindən braziliyalının qeydiyyatdan keçə biləcəyinə heç bir zəmanət verə bilmir.
Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və Premyer Liqanın bir neçə klubunun onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb