İdman
Dünən yanaşı otururdular, bu gün haqqında elə sözlər deyir ki...
La Liqanın prezidenti Xavyer Tebas İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin istefası haqda danışıb.
Publika.az xəbər verir ki, "Mundo Deportivo"ya açıqlama verən funksioner həmkarının günahkar olduğunu bildirib:
“O, hər şeyi son həddə çatdırdı. Daha ciddi şeylər var idi. Luis bilirdi ki, bir gün nəsə olacaq. İşdən sonra orgiyalar, dostları paellaya dəvət etmək... Elə şeylər var idi ki, onları normal adlandırmaq olmaz. Bunların düzgün olmadığını bilidi, lakin əhəmiyyət vermirdi. Nə vaxtsa bu hadisə baş verməli idi və oldu. Fikirləşirdim ki, Rubiales bundan xilas ola bilər. O, yarana biləcək nəticələr barədə düşünmədən hərəkət edirdi”.
Qeyd edək ki, Rubiales qadınlar arasında dünya çempionatının finalında mükafatlandırma mərasimi zamanı ispaniyalı Cennifer Hermosonu qucaqlayıb və daha sonra dodaqlarından öpüb. Bu hərəkəti qalmaqala səbəb olub. Onun haqqında FİFA-da, RFEFİ-də intizam, İspaniya prokrorluğunda isə cinayət işi açılıb. İctimai təzyiqlərə dözməyən qurum rəhbəri vəzifəsindən istefa verməyə məcbur olub.
Heybət
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO