Düşərgədə qalmaqal: Getmək istəyir
Bizi izləyin

İdman

Düşərgədə qalmaqal: Getmək istəyir

"Napoli" hücumçusu Viktor Osimhenlə yollarını ayıra bilər.

Publika.az xəbər verir ki, 24 yaşlı hücumçu Neapol təmsilçisinin rəhbərliyi ilə münaqişə yaşayır. Nigeriyalı forvard hətta "mavilər"ə aid fotoşəkillərin əksəriyyətini sosial şəbəkə hesablarından silib.

Onun qış transfer pəncərəsində klubunu dəyişəcəyi gözlənilir. HəttA baş məşqçi Rudi Qarsia ilə də münasibətləri yaxşı olmayan futbolçu artıq "Napoli"də qalmaqda maraqlı deyil.

Qeyd edək ki, Viktor Osimhen 2022/2023 mövsümündə "Napoli" ilə İtaliya çempionu olub. Hücumçu eyni zamanda ötən mövsüm A Seriyasının bombardiri də olub.

Onun klubla mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm