"Atletiko" azarkeşlərindən növbəti vəhşilik: 8 yaşlı qızı...
Bizi izləyin

İdman

"Atletiko" azarkeşlərindən növbəti vəhşilik: 8 yaşlı qızı...

"Atletiko" azarkeşləri "Real"ın azyaşlı qız fanatını ölümlə hədələyiblər.

Publika.az xəbər verir ki, hadisə hinduların ev oyunlarını keçirdiyi stadiona yaxın ərazidə baş verib. Həmin an 8 yaşlı qızın yanında xalası olub. O, hadisəni belə nəql edib:

“Biz "Metropolitano" yaxınlığında gəzirdik. Həmin vaxt orada "Atletiko" azarkeşlərinin görüşü oldu. Biz onları izləmək üçün dayandıq. Doğulduğum gündən “Atletiko”nun tərəfdarıyam. Onlar "Real" azarkeşlərinə təhqir dolu sözlərlə ünvanlanan mahnılarını oxumağa başladılar. Bunun bizə görə olduğunu bilmirdik. Hətta bir qrup uşaqdan danışdıqlarını düşünüb arxaya baxdım. Bunun qıza görə olduğunu heç düşünməzdim. Ta ki, hansısa oğlan gəlib qolumdan vurana qədər. "Buradan get, yoxsa bu lənətə gəlmiş qızı öldürəcəyik", - dedilər. Təhqirlər və şüarlar davam etdi. Başımı qaldırdım və gördüm ki, çox böyük bir izdiham qıza işarə edir, təhqir edir, ona mahnı oxuyur. O, dəhşətli bir narahatlıq keçirdi. Formanı və üzərindəki emblemi örtərək mümkün qədər tez onu oradan çıxartdım.

İlk gecə bir neçə dəfə oların gəldiklərini düşünərək yuxudan oyandı. Kabuslar görürdü. Bütün bunların niyə baş verdiyini bilmir. Məndən onu daha stadiona aparmamağımı istədi”.

Qızın anası və bibisi polisə müraciət edib. La Liqa da baş verənlərlə bağlı prokurorluğa rəsmi şikayət edib.

Qeyd edək ki, bu ilk hal deyil. La Liqanın 6-cı turunda baş tutan Madrid derbisi öncəsi “Atletiko” fanatları Vinisius Juniorun adı və nömrəsi olan "Real" formasını geyinmiş qaradərili qadın və qızına hücum edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm