Ronaldodan möhtəşəm jest: penaltini ləğv etdirdi - VİDEO
Bizi izləyin

İdman

Ronaldodan möhtəşəm jest: penaltini ləğv etdirdi - VİDEO

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının V turunun İranın “Persepolis” komandası ilə oyununda hakim səhvini düzəldib.

Publika.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Matçın 2-ci dəqiqəsində Ronaldo rəqibi ilə qarşılaşdıqdan sonra cərimə meydançasında yıxılıb. Hakim isə dərhal penalti təyin edib. Lakin Kriştiano rəqibinin qaydaları pozmadığına işarə etməyə başlayıb. Portuqaliyalı bu barədə hakimə məlumat verib, bundan sonra VAR penaltini ləğv edib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Matçın 17-ci dəqiqəsində “Əl-Nəsr”ın müdafiəçisi Əli Əl-Avcami qırmızı vərəqə alıb. 52-ci dəqiqədə VAR "Persepolis"in futbolçusunun qolunu oyundankənar vəziyyətə görə ləğv edib. E qrupunda turnir cədvəlinə 5 oyundan sonra 13 xal toplayan “Əl-Nəsr” başçılıq edir. “Persepolis” 8 xalla ikincidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm