Ançelottiyə belə “Barsa” lazımdır: onu müdafiə etdi
Bizi izləyin

İdman

Ançelottiyə belə “Barsa” lazımdır: onu müdafiə etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti mümkün qovulması ilə bağlı yayılan şayiələr fonunda ” Barselona”nın baş məşqçisi Xavini müdafiə edib.

“Xavini tənqid edirsiniz? Bunu etməyin heç bir mənası yoxdur. Xavi də mənim kimi futbolu yaxşı bilir və tənqidlərə də məruz qalır. Bəzən bu baş verir, lakin Xavi bu vəziyyəti idarə etmək təcrübəsinə malikdir. O, “Barselona” sistemini çox yaxşı bilir və düşünürəm ki, hər şeyi təkmilləşdirmək üçün bütün resurslara malikdir”, – Ançelotti “X” sosial şəbəkəsində (keçmiş Twitter) deyib.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın futbolçularının Xavinin məşqçilik ideyalarını qəbul etmədiyi barədə məlumatlar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm