Onlar qola tövhə verməyi sevirlər
Bizi izləyin

İdman

Onlar qola tövhə verməyi sevirlər

Avropanın "top-5" çempionatlarında bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, "Arsenal"ın hücumçusu Bukayo Saka siyahıda liderdir. "Topçuların"ın vingeri cari futbol ilində bütün yarışlarda 11 məhsuldar ötürmə edib.

İkinci yerdə "Bayer Leverkuzen"dən Florian Virts qərarlaşıb. Onun aktivində 10 məhsuldar ötürmə var. Sonrakı yerdə "Leypsiq"dən Xavi Simons və "Vest Hem"in yarımmüdafiəçisi Ceyms Uord-Prouz qərarlaşıb - 9 asist.

“Nyukasl”ın müdafiəçisi Kieran Trippier də 8 məhsuldar ötürmə ilə "ilk 5"-liyə düşüb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm