İdman
Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” – VİDEO / FOTO
Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü bu ilin dekabr ayında ABŞ-da keçirə bilər.
Bundan başqa, Z.Səmədova döyüş keçirilməsi üçün digər təkliflər də
gəlib.
Təkliflər arasında gələn ilin fevral-mart aylarında Dubay şəhərində
keçiriləcək V “Global Fighting Championship” (GFC) adlı turnirə
dəvət də var. Hansı ki, “Mauqli” ləqəbli məşhur azərbaycanlı
sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə
qarşı keçirib və qalib gəlib. Döyüş oktyabrın 16-da Dubay şəhərində
baş tutub.
“Bu döyüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabıyla uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, sözün düzü, tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik” - deyə, Zabit Səmədov bildirib.
Hazırda istirahət edən Z.Səmədov iki həftədən sonra məşqlərə
başlayacaq.
Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini
2013-cü ilin may ayında “Leqenda” turnirində əfsanəvi mərakeşli
kikboksçu Badr Hariyə qarşı keçiribi və inamlı qələbə qazanıb. Belə
ki, Z.Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub
olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra
“Pis oğlan” ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl
verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı
ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli
səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik
edib.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO