Baş məşqçi sevgilisi ilə oyuna gəldi, dilə-dişə düşdü - FOTOFAKT
Bizi izləyin

İdman

Baş məşqçi sevgilisi ilə oyuna gəldi, dilə-dişə düşdü - FOTOFAKT

Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı tənqid edib.

Publika.az xəbər verir ki, buna səbəb mütəxəssisin Almaniya Kubokunun "Ştutqart" - "Borussiya" (Dortmund) (2:0) oyuna sevgilisi ilə gəlməsi səbəb olub:

“Bunu görəndə doğru hərəkət olmadığını düşündüm. Milli komanda qulağına qədər sudadır və məşqçi “Hər şey yaxşı olacaq” devizi ilə Ştutqarta ailəvi səfərə yollanır. Mənim üçün bu, qeyri-peşəkar və anlaşılmaz addımdır. Cahillik baxımından belə bir şeyə qalib gəlmək çətindir”.

Xatırladaq ki, Naqelsmannın rəhbərliyi altında Almaniya millisi 4 yoldaşlıq oyunu keçirib. Bundestim 1 qələbə qazanıb, 2 dəfə isə məğlub olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm